Bəhram Bilaloğlundan  DÖRDLÜKLƏR

Ədəbiyyat 17:09 / 10.12.2025 Baxış sayı: 220

**

Ey bu qəlbi ovudanım,

Uğurları bol elə sən.

Hirslərimi soyudanım,

Qoyma könlüm görsün hey qəm.

 

**

Yaza vurğun bir şairəm,

Sözlə vurur sənli ürək.

Yazılmayan fər şeirəm,

Təblə gəlir, olur dirək.

**

İnciməyə yox səbəbim,

Ummaq da adətim deyil.

İlahidən gəlir təbim,

Oxuyanı etməz veyil.

**

**Qudrətinə şübhəsizəm,

Lakin bilən bilir bunu.

Qarşında kor, lal, səssizəm,

Geyməyirəm heç bir donu.**