Məhərrəm Şəmkirli : - BİR BAZAR GÜNÜ

Ədəbiyyat 13:48 / 06.07.2024 Baxış sayı: 2877

BİR BAZAR GÜNÜ

                                                     

 

                                                       HEKAYƏ

 

    İlin avqust ayı idi,istidən yer-göy od tutub yanırdı.Günəş od saçan isti şüasını yerlə göyün təmas xəttinə göndərmişdi,əlli metirdən o yanı görmək olmurdu.Adamın gözü qamaşırdı.Uşaqlar yenə doluşmuşdular Alıbəy arxına.Alıbəy arxını deyilənə görə Alı adlı bir bəy  öz şəxsi hesabına çəkdirmişdi. Alıbəy arxu suyunu Zəyəm çayından götürürdü.Arx həmişə dolu gəlirdi.Yaz və payız fəsillərində aşıd-daşar,kəndin yolunu-izini yuyub aparardı.Bəzənsə alçaq evlərə və tövlələrə dolub,mal-qaranın,toyuq-cücənin ölümünə səbəb olardı.Alıbəy arxı üç kəndi  içməli  və təsərrüfat suyu ilə təmin edirdi.Ona görə də hər il arxın içi eskavatorla  təmizlənirdi.Kənd uşaqları arx təmizlənən vaxt ekskavatorçuya xahiş edirdilər ki, çiməcəkləri yeri daha dərin eləsin.Ekskavatorçu da uşaqların xahişini yerə salmır,dedikləri yeri daha dərin eləyirdi. Axı o da uşaq olmuşdu, dərin yerdə çimməyin necə qürur verici olduğunu bilirdi.Uşaqların indi çimdikləri döngə də kifayət qədər dərin idi.Belə yerdə çimmək onlara ləzzət verirdi.Uşaqlar hərdən suyun dərinliyinə baş vurur,bacardığı qədər suyun altında qalır,sonra üzə çıxıb dərindən nəfəs alırdılar.Çimməkdən yorulanda isə arxın elə sol tərəfindəki qumluqda uzanıb (əslində bura qumluq yox,daha  çox palçıqlıq idi. )özlərini günə verirdilər.

   Alıbəy arxının qırağıyla tozlu bir yol gedirdi.Kəndin camaatı səhər-səhər mal-qarasını bu yolla aparıb meşəyə ötürür,axşam da qabağına çıxıb qapıya aparırdılar.İstər səhər olsun,istərsə ?də axşam heyvanların ayaqlarının altından qalxan toz ətrafı bürüyürdü. Göz-gözü görmürdü.Qəfildən bu tozlu yolda, özü də günün ən isti vaxtında bir atlı göründü. Atlı uşaqların yanından keçəndə atını elə də bərk sürmürdü,amma buna baxmayaraq atın bu yerişi də yerdən toz qaldırırdı.Uşaqların nəzəri atlıya tərəf çevrildi.Atlının erməni olduğunu bilən (bunu bilmək heç də çətin deyildi.Dağın o üzündə erməni kəndiydi.Bazar günü,günün də bu vaxtında üzü yuxarı ancaq qəsəbə bazarından gələn erməni gedərdi)uşaqlar  arxın sağ tərəfinə keçib yola çıxdılar və erməninin arxasıyla götürülərək: a dığa,dığa,şan dığa,anan getsin pambığa,səni qoysun sandığa,-deyə atlının dalınca düşdülər.Atlı uşaqları başından eləmək üçün qəfil  atın ağzını uşaqlara tərəf çevirdi,uşaqlar arxalarına baxmadan arxın döngəsinə kimi qaçdılar.Zaman bu qaçha-qaçda  yolun ortasısında bir düyünçələnmiş dəsmal gördü.Götürüb tez də arxın sol tərəfinə keçdi. Uşaqlar da onunla birlikdə.Zaman çömbəlib maraqla düyünçəni acdı,düyünçədə hələ heç kimin görmədiyi çoxlu pul vardı.Ölkədə pul xeyli vardı ki, dəyişmişdi. Köhnə pul dövrüyyədən çıxarılmışdı.Zamandan başqa kimsə düyünçədə nə qər pul olduğunu istəsələr də bilməzdilər. Ona görə ki,bu uşaqların valideyinləri kolxozdan maaş yox, əməkgününə taxıl və başqa kənd təsərrüfatı məhsulları alırdılar.Onun da artıq hissəsini bazarda satıb,pul eləyir,bu pulla başqa ehtiyaclarını ödəyirdilər.Bu gün cibə girən pul, sabah ordan çıxırdı.Ona görə də uşaqlar nadir hallarda pul görürdülər.Təzə pulu isə heç görməmişdilər. Amma Zaman bu puldan çox görmüşdü.Hətta bir qalaq pulu qarşısına töküb saymışdı  da.Çünki onun atası Həmzə müəllim müəllimliyi atıb kolxozun  xəzinadarı işləyirdi. Həmzə müəllimin niyə müəllimliyi xəzinadarlıqla əvəz etdiyini araşdırmaq bizim işimiz deyil.Ona görə də o məsələnin üstündən keçirik.Zaman təzə pulu atası camaatın yarım illik  zəhmət haqgqını evə gətirəndə görmüşdü və təzə pulu saymağı da atasından öyrənmişdi. Saydı: 250 manat idi.Sayan kimi də paltarlarını qoltuğuna vurub alt paltarında evlərinə tərəf qaçmağa üz qoydu.Qarşısına çıxan hərkəsə müjdə verirmiş kimi sevincək:-Pul tapmışam,pul.250 manat.

    Zamanın pul tapdığını o ətrafda bilməyən olmadı. Pulunu itirdiyini erməni artıq bilirdi.Ona görə atını bir başa o ətrafın kişilərinin yığıldığı salxım söyüdün altına sürdü. Kövrət-kövrək ordakılara salam verdi. Dünya görmüş Qəzənfər kişi yolçunun qirimindən hiss elədi ki, onun başına xoşa gəlməz hadisə gəlib.ona görə də soruşdu:-Oğul,nəsə baş verib?

   -Verib dayı,verib.Anamın bir danası vardı,onu satdım və pulunu burda itirdim.

   -Burda deyəndə haranı nəzərdə tutursan?

   -Arxın döngəsində salmışam.Onu da Zaman adlı bir uşaq tapıb.Körpünün qırağında bir nəfər kişi durmuşdu, o, dedi. Xahiş edirəm,o,uşağa deyin mənim pulumu qaytarsın. Sizin sözünüzü eşidər.Qaytarmasa anama nə cavab verəcəm?

   Qəzənfər kişi:- Narahat olma,əgər doğurdan da pulu Həmzə müəllimin oğlu Zaman tapıbsa, mütləq qaytarar. Həmzə müəllim təmiz adamdı,heç kimin malında,pulunda gözü olmayan kişidi.Kənddə hamı onu halal adam kimi tanıyır.

   Qəzənfər kişi solunda oturmuş yaşca hamıdan kiçik Tofiqə üzünü tutub:

   -Oğlum,sən ayaqdan qıvraqsan,dur Həmzə müəllimi bir bura çağır.Soruşsa,xeyir ola?Denən Qəzənfər əmim çağrır.Mənin adımı desən,yağı da daşsa gələcək.Tofiq bir göz qırpımında Həmzə müəllimgilə götürüldü və çox keçmədi ki,Həmzə müəllimlə geri qayıtdı. Həmzə müəllim hamıyla əl tutub hal-əhvallaşdı. Əlində atın qantarğasını bər-bət tutmuş tanımadığı adamla da əl tutdu,baxışıyla Qəzənfər kişidən soruşdu ki,bu kimdi,tanımadım? Qəzənfər kişi:

   -Həmzə müəllim, bu yoldaş qonşu erməni kəndindəndir.Deyir Alıbəy arxının döngəsində pulunu salıb,onu da sənin oğlun Zaman tapıb.İndi xahiş edir,yalvarır ki,uşaq pulu geri qaytarsın.

   -Demək məni də ona görə bura çağırmısan? Kim deyir pulu Zamanın tapdığını?

   -Zamanın özü deyib.Sevindiyindən hamıya car çəkib. Və qaçıb hardasa gizlənib.

   Həmzə müəllim yaxınlıqdakı uşaqlardan birini yanına çağrıb:

   -A bala,bilmirsən Zaman harda gizlənib?-deyə ondan soruşdu.Uşaq and-aman elədi ki,bilmirəm. Və çox keçmədi ki: - Hə müəllim,yadıma düşdü.Aydının dediyinə görə Zaman Oqtaygilin məhləsindəki qeyişqanlıqda gizlənib,-deyə ordakıları məlumatlandırdı.

   Həmzə müəllim:- Tez ol get de ki,atan səni çağrır.

   -Baş üstə,-deyib Tofiq Oqtay gilin məhləsinə tərəf qaçdı,on dəqiqə keçməmişdi ki, Zamanla birlikdə geri qayıtdı.

   Həmzə müəllim Zamanı yanına çağırdı: -Bala, pul tapmısan?

   -Tapmışam ata.

   -Tapdığın pul bu (atın qantarğasını əlində bərk-bərk tutub günün altında yanan ermənini göstərdi) kişinindir.Çıxar kişinin pulunu ver.

    Zaman əlini cibinə salıb pul bağlanmış yaylığı atasına verdi. Həmzə müəllim ermənini yanına çağırdı:- A kişi,gün təpəni dağıtmır?Gəl, kölgəyə görüm.

   Erməni sevincək Həmzə müəllimə yaxınlaşdı.

   -Pulun nə qədər idi?

   -Müəllim,250 manat .

   Həmzə müəllim düyünçəni ona verib:-Say gör, hamsı yerindədi,- dedi.

   Erməni sevinə-sevinə düyünçəni açdı. Əlləri əsirdi.Pulu sayıb:- Müəllim,Allah sizdən razı olsun,düzdü.-deyib müəllimə təzim etdi.Ətrafdakıların erməniyə yazığı gəldi.

  Erməninin sevinci yerə-göyə sığmırdı,pulunu almışdı,getmək istəyirdi.Ona görə də hamıya təşəkkür edib ayağını üzəngiyə qoydu ki,atın belinə qalxsın,birdən nə fikirləşdisə də ayağını üzəngidən çıxarıb Zamanı yanına çağırdı.Əlini cibinə salıb düyünçəni çıxardı,iyirmi manat çıxarıb ona uzatdı,bu sənin mükafatındır götür,-dedi. Zaman:-Yox,istəmirəm.

   Bunu görən Həmzə müəllim:- Oğlum,pulunu qoy cibinə,indi anan yolunu gözləyir.O puluda kasıbçılığınıza xərclən,axmaq-axmaq işlərə yox.Di,sənə yaxşı yol.

    Həmzə müəllimin axırıncı sözünü bir Allah bəndəsi başa düşmədi.Başa da düşə bilməzdilər,çünki elə şeylər gizli aparılırdı.Onu bir kasıb ermənilər,bir də bu işin təşkilatçıları bilirdi.Həmzə müəllim də o bilənlərdən biriydi.