Kəramət : - ƏLAQƏSİZLİK   və...

YAZARLAR 08:08 / 06.07.2024 Baxış sayı: 2794

 

DAHA HEÇ KİM HEÇ NƏYƏ TƏƏCCÜBLƏNMİR

Montesknönün (görəsən adını doğrumu yazdım) belə bir fikrini xatırlayıram ki, insan ölümdən ötrü üzülməsin gərək, həyatı qazanmayıb, heç nədən yarananın bir gün heç nəyə çevrilməsi labüddür. Təsəlli üçün demirəm, kişi düz deyib də 400 il öncə .

Bizim vəzifəli adamlar həbs olunmadan işdən çıxarılanda toy-bayram edirlər, axı, bu haqqı qazanmayıblar, o yerə layiq deyillər, o səbəbdən.. Yadımdadı ki, indi dünya şöhrətli, onda kimsənin tanımadığı BİR-i AYB-nin katibliyinə sədrin israrıyla (yəqin ona da kimsə israr edib) katib seçiləndə Qaradağ rayonu PK-da inzabati şöbədə işləyirdi ixtisasına uyğun, onda kkb-şnik olmasını hamı pıçıldaşırdı, amma xorla. (İndi Azərbaycanın , Rusiyanın, Türkiyənin bütün ali mükafatlarını alıb, deməli, olurmuşşş). Onda bu seçimə Səs verən başqa bir Xalq yazıçısı deyir ki, metroya necə əlibaltalı girib e..manyakın biri?

Pardon..pardon...Bir başıxarab "əmioğlu" İHB var, dağ rayonunda. 5-6 il qabaq bir məclisdə tikinti şirkətinin böyüyü zarafatla dedi ki, qonşu rayonda məktəb təmirində fəhlə işləyən xalasıoğlu həmin rayonun İHB-nın üstünə balta çəkib..hamı gülür, "əmioğlu" çox ciddiyyən xalaoğlunun harda olduğunu soruşdu və o baltaçını işlədiyi rayona öz yanında köməkçi təyin etdi, indi də işləyir. Bu "metro baltaçısına" vəzifə-mükafat versələr şaşırmayın.

Dostum-qardaşım Orxan Fikrətoğlunun təyinatına da xeyli müzakirə "süfrəsi açdıq". Ona qalsa, Çingiz Aytmatov da gərək səfir getməyəydi. Haqlıyıqmı, əsla yox. Güləş üzrə dünya çempionu Türkiyə mərkəzi bankına müdir təyin olunub, burda nə var ki, ancaq burda möhkəm qardaşlıq əlaqəsi var, onun müavini də arxeoloq..zarafatsız..

AYB üzvlüyünün kütləviləşməsinə etiraz edənlər bu xalqa "Şair xalq" deyəndə fəxr edirlər, absurd teatrı..Əgər şair xalqıqsa "Asan xidmət"də Azərbaycan vətəndaşlığı-kimlik vəsiqəsi veriləndə, hər kəsə AYB üzvü vəsiqəsi də verilməsi normaldı., neçə illərdi döşümüzə döymürükmü "pis iş görmür, şeir yazır da..."

Siyasi səhnədə (gilasçı deputatqarışıq), beş-altısını çıxmaq şərtilə, normal ağlı olan gördünüzmü, güya mən-sən onlardan ağıllıyıqmı, belə deyim, kimsə küsməsin. Yəni eyni materialdanıq da.

Təəccüblü adamların təəccübü təəccüblüdür.

Bəyən

Şərh bildir