RƏSMİ XƏBƏRDARLIQ - Sabahın hava  durumu

MƏMLƏKƏT 20:14 / 06.07.2024 Baxış sayı: 3132

Sabahın tibbi-meteoroloji proqnozu  açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil.