Kəramət : - SEVGİ YUXUYA DALMAQ DEYİL

YAZARLAR 09:03 / 05.07.2024 Baxış sayı: 2528

 

BİR CÜMLƏLİK

UPUZUN BİR TƏBRİK

.....mən kimsəni OVCUMDA TUTMAQ istəmədim, mənim qazandıqlarımı, haq etdiklərimi, ovcumda olanları belə azad etdim, istəmədim kimsə, nəsə mənə məhkumluğunu da hiss etsin, bu duyğunu- məhkumluğu yaşadığı anda onu tərk etdim, tərk etdim ki, azad olsun, qoy mənə nifrət etsin, amma özü yerisin sal qayalar üstdə, həyat bir ovucda şirin xülyalara dalmaq deyil, ovcumda bəslənənlər məndən-ona qucaq, ocaq olandan qisas alanda gülümsədim, məndən gedənlərin mənə qayıdanlarını qollarımı açıb qarşıladım, ovcumdakı mışıl-mışıl fotosunu-xatirəsini göstərib güldüm,-Görürsənmi, daha sənə ovuc rahatlığı yox, oxların ucunda, odda ayaqyalın yerimək rahqtlıq verir,-

MƏN SƏNİ

SEVGİNİN YUXUSUNDAN DAŞ ATIB OYATDIM,

yuxulu-yuxulu adamı sevməzlər, bir adamdan birini seçməzlər, milyonda bir olanda, gələrsən, adada, təyyarədə, qatarda, gəmidə, dar məkanda məcburiyyətin ödənməsindən bəslənən münasibət keçəri, dünyadan, zamandan, milyonlardan keçib....GƏLMƏK İSTƏSƏN, GƏL..