"ŞUŞA QALASI "-ından yazdı Əbülfət Mədətoğlu
Bu bir danılmaz tarixi gerçəklikdir ki, 2020-ci ilin 8 noyabr günü xalqımızın həyatında ən şərəfli və ən xoşbəxt zaman kəsiyidir. Məhz həmin gün bizim Qarabağ həsrətimizə son oldu! Məhz həmin gün bizim Böyük Zəfərimiz tarixin yaddaşına möhürləndi. Ordumuzun və Dəmir yumruğun qətiyyətli zərbələri torpaqlarımızın işğaldan azad edilməsi savaşını Qəti Qələbə ilə tamamladı.
Bu tarixi gündən başlayaraq işğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpasına, Böyük Qayıdışa hazırlıq işlərinə göstəriş verildi.Ölkə prezidenticənab İlham Əliyevin Sərəncamları ilə bu qayıdış üçün ən zəruri olan iqtisadi,maddi, mənəvi,tikinti, bərpa, bir sözlə infrastrukturun təmin edilməsi üçün proqram və layihələrin hazırlanması üçün bilavasitə iş cədvələri üzrə fəaliyyət başlandı
Gerçəkləşməyə başlayan tədbirlər proqramının bir istiqaməti də azad edilmiş torpaqlarımızı həm tarixi, həm corafi-iqtisadi baxımdan dünya içtimaiyyətinə tanıdılmasıdır. Bunun üçün də adı çəkilən bölgələrimizlə bağlı elmi, tarixi əsərlərin yazılması, filimlərin, rəsm əsərlərinin çəkilməsi kimi vacib işlərin reallaşdırılmasıçox vacibdir.
Bax, həmin bu istiqamətə uyğun olaraq oxucuların, ədəbi içtimaiyyətin çox yaxşı tanıdığı Vasif Quliyev özünün "ŞUŞA QALASI" adlı kitabını çap etdirib. Əvvəlcədən xatırladım ki, on kitabcadan ibarət olan "ŞUŞA QALASI" bir az kitab -albom üslubundadır. Bu kitab - albomların 1-cisi " Şəhərin yaranması" adlanır. Adından da göründüyü kimi nəfis- kitab - albomun 1-cisində söhbət məhz Şuşa şəhərinin yaranmasından gedir.Və elə bu ardıcıllıqla da "Məhəllələr və küçələr"," Toponimlər","Tarixi- memarlıq abidələri", "Flora və fauna" , "Müqəddəs məkanlar""Karvansaralar, hamamlar, bazarlar" ,"Sənətkarlıq" , "Ticarət" və "Bulaqlar" adlı kitab -albomlar artıq böyük tiraj və yüksək kefiyyətlə nəşr olunub. Bu məqamda onu da qeyd edim ki, çap olunmuş kitab-albom ingilis, rus, türk,ərəb və digər dillərdə də çevrilməkdədir. Bu gün faktiki olaraq "ŞUŞA QALASI" -nın ingilis dilinə çevrilmiş variantı çap olunub. Digər dillərə də tərcümə edilib yayılması işləri davam etdirilir.
Oxuculara onu da xatırladım ki, kitabın əvvəlində prezdent sərəncamı, 3-cü səhfəsində isə Uluöndərin və Müzəffər Ali Baş komandanın Şuşa ilə bağlı fikirləri yer alıbdır.Kitab-albomunüz qabığındakı şəkill-fotolar Şuşanı təqdim edir. İnanıram ki, Qarabağ sevdalı Vasif Quliyevin bu xidməti heç vaxt unudulmayacaq.
Əbülfət Mədətoğlu