Adil Şirin- Uzun yollar yolçusuyam
* * *
Uzun yollar yolçusuyam,
Mən torpağam, odam, suyam.
Nəyəmsə bax elə buyam,
Bu quş, bu daş, bu da insan.
Bu payız, qış, bu yaz, bu yay,
Ox uçar çəkilincə yay.
Dostum, sən saydığını say,
Keçər, qalmaz belə dövran.
Mən bu zamanı devirdim,
Olacaqları gördüm.
Bir salavat çevirdim,
Bu Qızılgül, bu da Quran...