Adil Şirin- Soyudu havalar, soyudu,

Gündəm 11:10 / 29.12.2025 Baxış sayı: 2291

* * *

Soyudu havalar, soyudu,

İsti yuvalar soyudu,

Soyudu səsimiz...

Həsrətlə vüsal arasındayıq,

Bir-birimizi

İsitmir nəfəsimiz...

* * *

Röyaların aynasında

Görürəm səni bəzən.

Ən gözəl röyamsan sən...

Sənsiz məni

Qəhr elədi bu kədər,

Sənsiz bu günüm dünəndən betər...

* * *

Pəncərənə yolladım

Mən bütün ulduzları.

Kim ovudar bu gecə,

Kim ovudar sevdalı yalqızları...

Bir omür yaşadim mən,

Nə eşqinə qovuşdum, nədə ki həsrətinə...