Xəyalə  Sevil -  Mən indi hər şeyi unudum gərək...

Ədəbiyyat 09:43 / 15.04.2026 Baxış sayı: 284

Mən indi hər şeyi unudum gərək,

Geriyə qayıdım o boyda yolu.

Bu da taleyimin məndən aldığı,

Bu da taleyimin quru sağ olu.

 

Özümdən yüz dəfə üzr istəyim,

Özümü son dəfə bağışlayımmı?

Mən heç həyatımda bu qədər kinli,

Bu qədər amansız olmadım, amma.

 

Mənim yerimdimi bu yer, İlahi?

Hər şeyə, hamıya naşı düşmüşəm.

Axx, mənim əvvəlki ağılsızlığım...

Sonradan, sonradan başa düşmüşəm.