Kölgələrin oyunu-  Aysuun  Şahbazova

YAZARLAR 16:36 / 14.04.2026 Baxış sayı: 835

 

    Gecə idi, Aysel hələ də yatmamışdı. Masasının üstündə rəngli karandaşlar dağınıq halda idi. Aysel rəsm çəkməyi çox sevirdi. Amma onun bir sirri var idi, nə çəkirdisə gecə canlanırdı. Bir dəfə balaca bir quş çəkmişdi, səhər oyananda pəncərənin yanında quş cikkildəyirdi. Başqa bir gün isə şirin bir pişik çəkmişdi, səhər otaqda gəzirdi. Aysel əvvəlcə qorxmuşdu, amma sonra buna öyrəşmişdi. O qərara gəlmişdi ki yalnız yaxşı şeylər çəksin.
    Bu gecə isə bir az fərqli bir şey çəkmək istədi. Düşündü sadəcə bu dəfə daha maraqlı olsun.
Kağızın üzərində uzun bir fiqur çəkdi. Bir az kölgəyə bənzəyirdi. Amma Aysel ona kiçik, yumru gözlər və gülməli bir ağız da əlavə etdi.
   “Belə daha qorxulu olmaz,” - deyə öz-özünə bir az güldü.Rəsm bitdi, Aysel yorğun halda yatağına uzandı və tezliklə yuxuya getdi.
    Gecənin ortasında otaqda yüngül bir səs eşidildi. Rəsm yavaş-yavaş kağızdan çıxırdı. Amma bu dəfəki fərqli idi, uzun bədəni vardı, gözləri balaca və parıltılı idi. "Kölgə" ətrafa maraqla baxdı, sonra ehtiyatla yerə düşdü. Otaqda bir az gəzdi, kitablara baxdı və karandaşları götürüb yoxladı. Sonra Ayselə tərəf yaxınlaşdı. Aysel hələ də yatırdı. "Varlıq" bir az düşündü, sonra masaya qayıtdı. Karandaşlardan birini götürdü və kağızın üstündə nə isə çəkməyə başladı...
    Səhər Aysel oyananda gözlərinə inanmadı. Masanın üstündə yeni bir rəsm var idi. Və  rəsmdəki də Aysel idi. Yanında da dünən çəkdiyi o qəribə varlıq dayanmışdı. Altında isə balaca hərflərlə yazılmışdı:
“Salam, dost olaq?”
    Aysel bir anlıq susdu, sonra yüngülcə gülümsədi. Fikirləşdi, “Bəlkə "O" o qədər də qorxulu deyil,” .Sonra kağıza yaxınlaşıb karandaşı götürdü. Balaca hərflərlə yazdı:
“Olar, Amma sən kimsən?”
    Aysel çiynini çəkib arxaya döndü. Kağız  yenə tərpəndi. "Varlıq" əli ilə özünü göstərdi. Sonra masadakı karandaşı götürüb kağıza yazdı:
“Mən… Nilay.”
Aysel güldü. “Nilay? Gözəl addır,” - dedi. “Mənim də adım Ayseldir.”
Nilay sevinirmiş kimi hoppandı. Sonra otaqda gəzməyə başladı. Hər şey ona maraqlı idi, kitabları vərəqləyir, oyuncaqlara baxır, hətta qələmi səhv tutub yazmağa çalışırdı. Aysel isə onu izləyib gülürdü.
    O gündən sonra Aysrlin otağında çox şey dəyişdi. Daha Aysel tək deyildi. Aysel və Nilay birlikdə bir-birindən çox şey öyrənmişdilər.
    Bir gün Aysel məktəbdən çox yorğun qayıtdı. Rəsm çəkmək istədi, amma daha əvvəlki kimi cəld işləmirdi. "Yox, bu gün heç nə alınmır…”  bu zaman Nilay əsəbi halda onun yanında dayandı və başını ona sarı əydi. Sanki onu başa düşürdü. Aysel kağıza qara bir xətt çəkdi. Sonra ikinci… Sonra üçüncü…
    Amma, bu dəfə nə isə fərqli oldu. Kağız yavaş-yavaş tərpəndi. Aysel dərhal geri çəkildi.
“Yox, mən bunu qəsdən çəkməmişdim"… Amma artıq gec idi. Çəkdiyi qara xətlər bir-birinə qarışıb böyüməyə başlamışdı. Otaqda işıq bir az zəiflədi. Nilay irəli atıldı. “Dayan!” - deyə Aysel qışqırdı. Amma "Kölgəcik Nilay" artıq o qaranlıq şeyə yaxınlaşmışdı. "Varlıq" yavaş-yavaş formalaşırdı, amma bu dəfə nə heyvan idi, nə də insan.
Sadəcə hiss olunmayan bir qorxu kimi idi. "Kölgəcik Nilay" əlini uzadıb onu saxlamağa çalışdı. Amma qaranlıq şey bir anlıq böyüdü və Nilayı özünə tərəf çəkməyə başladı. “Nilay!”- deyə  Aysel qışqırdı.Otaq yenidən sakit oldu. Kağız isə boş qaldı.
Aysel donub qaldı. İlk dəfə idi ki rəsmlərdən biri geri qayıtmırdı. Aysel yavaşca masaya oturdu. "Bu mənim günahımdır"-  öz-özünə pıçıldayan Aysein əlləri əsirdi, həyəcanla karandaşı götürdü. “Yox, mən onu geri qaytaracam, qaytarmalıyam". Bu dəfə Aysel yeni bir rəsm çəkməyə başladı. Bu artıq sadə bir rəsm deyildi, bu bir xilas planı idi. Otaq əvvəlkindən daha sakit, daha soyuq görünürdü. Aysel dərindən nəfəs aldı. İndi o ancaq "Kölgəciyi" çəkirdi.Əvvəlcə gözlərini çəkdi, sonra uzun qara bədənini, sonra gülməli hərəkətlərini.
Amma nə qədər diqqətlə çəksə də hiss edirdi ki nə isə çatışmır. Aha, budur, sehr qayıtdı. Kağız tərpənməyə başladı. "Urraa, yenidən oldu!” - sevincək qışqırdı. Rəsm yavaş-yavaş canlanmağa başladı, amma deyəsən bir şey səhv idi.
Kağızdan çıxan "Varlıq" əvvəlki"Kölgəciyə"  bənzəyirdi, amma eyni deyildi. Gözləri boş, hərəkətləri qəribə idi. Aysel geri çəkildi. “Yox bu sən deyilsən. ”Varlıq" heç nə demədi, otaqda narahat bir təvrlə dolaşmağa başladı. Sanki Ayseli heç tanımırdı. Aysel tez "bəlkə bu dəfə alındı" ümidi ilə bir başqa rəsmi çəkdi. Bu dəfə "Kölgəciklə" birlikdə qapını, rəsmlərinin dünyasına gedən yolu çəkdi.
Kağız yenə işıqlandı. O əlini rəsmin içinə uzatdı. Həmin an otaqda həzin xışıltılı külək kimi bir səs keçdi. Kağız qopdu, rəsm yarıya bölündü, işıq söndü. Aysel donub qaldı. “Yox!..”
O yenə çəkdi və yenə, yenə… Yox, heç nə alınmırdı. Rəsmlər ya yarımçıq qalırdı, ya da səhv bir şey çıxırdı. Bir neçə saat keçdi. Aysel yorulmuşdu. Karandaş və kağız da deyəsən Ayseldən bezmişdi, dincəlmək istəyirdilər. Masanın üstündə cırılmış çoxlu kağızlar qalaqlanmışdı. Sonunda başını stolda qalaqlanmış kağızların üstünə qoydu. “Sehrim küsdü, mən daha bacarmıram.” Otaqda dərin bir səssizlik vardı. "Kölgəcik" geri qayıtmamışdı.
   Ayselsə bununla bir həqiqəti başa düşdü, bəzən ən güclü sehr belə hər şeyi düzəldə bilmirmiş, yuxu ilə həyat tamamilə başqa başqa