Şakir  Xanhüseyn - YAMAQ

Ədəbiyyat 09:49 / 15.04.2026 Baxış sayı: 225

 

Yamaq, bəzən ən təzədə...

Yamaq...ürəyimin süzük yerlərini necə yamayım?

Yamaq--yamaq bir şeir...

Dünyaya gəldin hər yırtığa yamaq olasan?

Yamağı uzaqdan seçilir...

Sən pisliyi yaxşılığa yamaq edə bilməzsən, xamuş ol.

Yamaqlar var; insanlığa yamaqlar...

Yamaq...süni, qurama--qondarma görünür.

İstəyir ki, yalanlarına doğrudan yamaq vursun.

Yamaq...başqasından götürüb özününkünə yamayır...

Bax, yamaq olmaqdan qaç...