Emin  Qəzənfəroğlu  , Hüquqşünas -mediator  -   “Azərbaycanda mediasiya: Formal arayışdan barışıq sazişinə doğru”

HÜQUQ 16:53 / 14.04.2026 Baxış sayı: 691

 

 

Bu  yazıma   Mediasiya Şurasının rəhbəri hörmətli Nadir Adilovun fikirləri ilə başlamaq   istəyirəm. O, bildirmişdir ki, mediasiyanın yeni fəaliyyətə başladığı ilk illərdə vətəndaşları Qanunu tam tətbiq etməkdən çəkindirən qüvvələr onları təhrik edərək vətəndaşa mediasiya təşkilatından, mediatorlardan “get, arayışını al, gəl” deyib, mediasiya proseslərini provokasiya və sabotaj edirdilər.

Yeni Qanunun tətbiqi imkanlarını bilərəkdən süni əngəllərlə məhdudlaşdırıb, gözdən salmaq və vətəndaşı süründürməklə hüquq problemi olan vətəndaşdan müəyyən maddi nemətlər əldə etməyi hədəfləyirdilər.

Çünki burada tətikləyici dırnaq arası hüquq xidmətləri göstərən şəxslərin, qüvvələrin tamah məqsədli subyektiv fikirləri də müəyyən təsir edirdi.

İndi isə sevindirici hal ondan ibarətdir ki, yaxşı mənada iş yükümüz bir qədər artsa da, mediasiyaya müraciət edən tərəflərin şikayətləri artıq “niyə qarşı tərəf arayış alıb və barışıq sazişi üçün şansım olmayıb?” sualı ətrafında formalaşır.

Artıq bir çox tərəflər artıq mediasiyadan yalnız arayış almaq üçün deyil, aralarındakı mübahisəni anlaşma və barışıq sazişi vasitəsilə həll etmək üçün istifadə etməyə başlayıblar.

Hüquqi mübarizələr çox vaxt qalibi olmayan müharibələrə bənzəyir, nəticədə tərəflərin gücü tükənir, zaman itirir və münasibətlər tamamilə məhv olur. 

Azərbaycan Respublikasında “Mediasiya haqqında” Qanunun tam tətbiqi sayəsində, barışıq sazişlərinin uğur səviyyəsi hər il artmaqdadır. Bu prosesdə iştirak edən bütün mediator və vətəndaşlara dərin təşəkkürümü bildirirəm. Mediasiya, mübahisələrin sürətli, səmərəli və tərəfləri razı salaraq həll olunmasına kömək edir. Məsələn, mediasiya təşkilatlarda,birgə nikah dövründə əldə olunmuş bələdiyyə torpaqları, aliment məbləğinin dəqiqləşdirilməsi, müddəti ötürülmüş və müqaviləsiz verilmiş borc vəsaitlərinin leqallaşdırılmasına dair və digər mübahisəli məsələlərin, notarius ofislərində, həmçinin polis orqanlarında və məhkəmələrdə həlliniçətin tapa biləcək mübahisələrin, mediasiya xidməti göstərən mediatorların vasitəsi ilə tərəflər ailə, kommersiya, və sair konfedensiallıqlarını qorumaq şərtilə daha rahat, daha surətli və daha ekonomik şəkildə nəticəyə gəlmək mümkündür. Bunun üçün vətəndaşlarımızın mbahisələrin sülh yolu ilə həllini dərk etməsi labüdür. Uzlaşmaq gözəldir. Bunu üçün əməkdaşlıq etməyə can atmaq lazımdır ki, problemlər daha səmərəlihəllini tapmış olsun.