Əlirza HƏSRƏT - ZƏRDÜŞT OCAĞIDIR AHIM
Ədəbiyyat
20:16 / 14.04.2026
Baxış sayı: 330
Gözlərimi əcəb tutub,
O dağların duman yeri.
Hayandan basım bağrıma,-
Duman şehi daman yeri?
Başım üstə uçur bir quş,
Nə eniş bilir,nə yoxuş.
Gözlərim suyu qurumuş,-
Bir sahilsiz ümman yeri.
Mən eşq qulu,sən də şahım,
Nə gecəm var,nə sabahım.
Zərdüşt ocağıdır ahım,
Dəli könlüm Şaman yeri