Xatirə Rəhimbəyli: - Salam olsun!

Ədəbiyyat 16:03 / 20.09.2024 Baxış sayı: 209

 

“Bizim üçün xeyir-dua

Qılanlara salam olsun..”

Yunis İmrə

 

Doğulub bir mələk kimi,.

kövrək qəlbi ləçək kimi...

Məhəbbəti çiçək kimi

solanlara salam olsun!

Küyə gedib, felə düşüb,

eşqi əldən-ələ düşüb,

yorğun ruhu yola düşüb

qalanlara salam olsun!

Kim gedir yolu sonacan –

ona qurban bu baş, bu can!

Həsrətdən ürəyi şan-şan

olanlara salam olsun!...