İmam  Cəmilli : - Gəlmişəm

Ədəbiyyat 11:51 / 20.09.2024 Baxış sayı: 124

 

 

Dolub--boşalmışam Kəlbəcər sənsiz,

Dağlarda olarmı dumansız çənsiz.

Pərişan olmuşam doğma Vətənsiz,

Şair qəlbin ovutmağa gəlmişəm,

Evimizə qayıtmağa gəlmişəm.

 

Bu ayrılıq aylar çəkdi il oldu,

Göz yaşımız axdı , axdı göl oldu.

Ayrılıqdan çoxu yandı kül  oldu,

Ürəyimi, soyutmağa

 gəlnişəm.

Evimizə  qayıtmağa gəlmişəm.

 

Üz sürtürəm, torpağına  daşına,

Canım qurban mənsiz keçən yaşıma.

Xudam, ziyarətıim  gəlsin xoşuna,

Dərdlərimi dağıtmağa kəlmişəm,

Evimizə qayıtmışam gəlmişəm.

 

Dağlar bizdən küsüşmüşdü barışdi

Tərtər çayım İstisuyum danışdı,

Dərdim sərim sevcimə qarışdı,

Ağrilarmı azaltmağa, gəlmişəm,

Evimizə qayıtmağa gəlmişəm

 

Cəmilli nəyin var gözünə təpir,

Suyu torpağını başına səpir,

Tamarzı-tamarzı nə görsə öpür,

Xoş günləri ayltmağa gəlmişəm,

Evimizə qayıtmağa gəlmişəm.

21 07  2022