SÜLEYMAN ABDULLA. : - NAĞIL ŞEİR

Ədəbiyyat 10:55 / 20.09.2024 Baxış sayı: 82

 

Çətindi danışmaq haqqın haqqında,

Hər kəsin doğrusu özünə görə.

Gerçəyi künc gəzir daldalanmağa,

Gəşt edir oğrusu özünə görə...

 

Nə bəla gəlirsə qanmaqdan gəlir,

Yaman baş ağrıdan nəsnədi bilmək.

Vurnuxub qalırsan gic tək arada,

Olmur doğru nədi, düz nədi,- bilmək...

 

Boş şeydi gerçəklik, həqiqət filan,

Ədalət gördünmü doğrudan yana?

O haqdı, hüquqdu hıqqanıb qalan,

Bu dünya fırlanır oğrudan yana...