Kəramət : - BARMAĞI UCUNDA YERİYƏN

YAZARLAR 08:15 / 20.09.2024 Baxış sayı: 139

SƏNSİZ" TƏKRARLAYIRDI KÖHNƏ POTEFON

Ayaqqabısının bir tayı qalmışdı yarıörtülü qapının iç tərəfində, sol tayını geyinib getmişdi. Səssiz bir film göstərirdi divarlar, meh silueti pərdədə lümlüt soyunurdu.

Pili düşükdü səssizə qoyulan telefonun., "SƏNSİZ"ə köklənmişdi köhnə val, patefon., Payız dumanıyla yaz dumanı qarışmış kimiydi biri-birinə.

DUMANLA GƏLƏN DUMANLA GEDƏR.

Tüstülənə-tüstülənə gedirdi, kötüyünə qədər sümürülən siqaret çeynənirdi dişlərinin arasında...

Barmağı ucunda-xəfif bir duman üstündə rəqs eləyirdi ,

İşarət barmağı kimisə göstərirdi yaz-payız dumanının aralayaraq.

Bir barmaq şüa qırılıb düşmüşdü günəşdən, üzündəki dumanın altındakı gülüş qırıntılarını toplayırdı.