Kəramət :  - "PARAZİT"İN PARAZİTLƏ ƏLAQƏSİZLİYİ

YAZARLAR 11:33 / 20.09.2024 Baxış sayı: 125

"PARAZİT"İN PARAZİTLƏ ƏLAQƏSİZLİYİ

-təriflədilər, doğrusu, bir şey anlaya bilmədim, ikinci baxış da mənə bir şey anlatmadı. Cənubi Koreyaya məxsus "Oskar" və müxtəlif mükafatlar alan bu adlı-sanlı film mənə çatmad. Yox, daha doğrusu, mən o əsərin səviyyəsinə çatmadım...Problem, şübhəsiz ki, məndədi, filmlə anlaşmağın dilini-kodunu tapa bilmirəm. Yəni mənim dəyərlər sistemimlə yanaşanda o film özünü mənə anlada bilmir, bax, ən azından bunu anlamağım qazancım oldu.

Dünyaya, əsərə, sevgi-həsrətə, bütövlükdə həyata baxışımız dəyişməlidi. Yoxsa, zamanla biri-birimizi anlamayacağıq.

Var olanın üzərinə qoyulan, onun keyfiyyətini dəyişməsə də başqalaşmasını təmin edən əqli-ruhi "kimyəvi maddə"nin açarını tapmaq gərək. Açılan sabahlarımız yepyeni qapılar kimidi, təzə qapıları köhnə açarlarla açmaq olmaz. Leyli-Məcnun nağıllarını kimsə dinləmir, uşaqlar bizdən bir texnoloji dövr irəlidəki dünyada yaşayırlar və s.

Elə dünya miqyaslı bəh-bəhli əsərlər var ki, o əsərlər, doğrudan da, təqdimindən aşağıdı. Amma "Parazit"i anlamaq dünyagörüşündə olmamağım mənim qəbahətimdi. Bəlkə əsərlərdən hədsiz mənalar çıxarmaq dövrü geridə qalıb, hər şey çox sadə və bəsit, məna yükləməyin absurd olduğunu bilməliyik. Bir az da Koreya psixolojisini, ruhunu tutmaqda çətinlik çəkirəm., öz ruhi vəziyyətim də ki, hamınən ruh halı kimi bərbad. "Duyğuların fəlsəfəsi" kitabında duyğuların da gəlişmikliyindən, təkamül prosesi keçirməsindən söhbət getdiyini xatırladım və bu amili gözdən qaçırmaq olmaz. Özüm üçün. Kifayət qədər əsaslar, maneələr tapa bilərəm ki, məğlub olmağa çalışmayım. A.Şopenhauerin öyrətdiyi-məğlub olmamaq sənənəti-müxtəlif bəhanələrə, yayındırmalara, mövzunun əsasını dəyişmək fırıldağına əl atmaq..bu məqamda möhtərəm filosofdan ayrılıram; İnsan qalib gəlmək üçün hər xurnazlığa əl atan varlıq deyil, o, mərd-mərdanə məğlub olmağı da bacaran qüdrətdir.

Bütün hallarda...özümü hazırlamalıyam "Parazit"in dərkinə. Adamlar da belədi, öyrəşmədiyimiz sevgilər, bir anda atmaq-atılmaq və bütün bunların həyatın axarındakı normallığı..

İndi qədim Yunan fəlsəfəsi, Roma dövlətçiliyi, Allahın yaratdığı insan qavramları arxada qalıb, din-millət-vətən anlayışlarındakı ağırlıq dəyişib, ilkin mənasını itirib. Yeni münasibətlər sistemindən kənarda qalanda "Parazit"i dərk etmədən köhnə anlamla yanaşdığın parazitə çevrilirsən. Bəlkə əsər "mənasız işlərə məna yükləyib həyəcanlanma" deyir...