Elnur Uğur Abdiyev: - İnanıram.

Ədəbiyyat 15:17 / 20.09.2024 Baxış sayı: 119

 

 

İnanıram nə vaxtsa,

qayıdacağıq bu torpaqlara

Çiçək kimi,

ot kimi,

ağac kimi,

adam kimi.

İnanıram necə olursa-olsun,

qayıdacağıq,

oyadacağıq yeri.

Görəcəyik ruh necə bar verir.

İnanıram,

bədənin diriləcəyinə,

öləcəyinə ruhun.

İnqnıram bu oyunun,

sonda 1:0 qələbəylə

xeyrimə bitəcəyinə.

Siz də inanın,

İnam daşı dilləndirər

başından yıxılmasa ayaqlar.