Xatirə Rəhimbəyli : - Dua
Sındım!.. Yanımda elə
Görünür yerin,ALLAH.
Məni sındıranların
Gözünə görün,ALLAH!
Məni uşaq saxladın
Qoymadın ki böyüyəm.
Hamını aldın əlimdən,
İndi özün ol yiyəm!
Ürəyin hər qırılanda
Çəkdiyi bir ahı var.
Atalının atası,
Yetimin ALLAHı var!
Hamının xoşuna gəlir,
Şirin uşaqdı payım.
Hamı ahımı alır,
Sənə çatmır harayım?..
Qoymadın ki,qarala,
Fikrimi ağ saxladın.
Di yiyəm ol,İlahi,
Məni uşaq saxladın.
Sındım...Yanımda elə
Görünür yerin,ALLAH!
Məni sındıranların,
Gözünə görün,ALLAH!!!