Kəramət : - ."Bir günah sənindir, Bir günah mənim"
."Bir günah sənindir, Bir günah mənim"
..kim istəməz ki...biz hər şeyin-nəyin yaxşı olmasınamı qatqı verdik? Mən alimi, şairi, düşünürü ölkənin barometri kimi görürəm və burası çürümüşsə, təşkilat ədalər duyğusunda qopmuşsa...təşkilat-insan "yaşamağı"-seçilməyi əxlaqsızlıqdan-hüquq tanımazlıqdan keçdiyini və cəmiyyətdə belə NORM halına gəlmişsə, şeiri belə oğurlamaq fərasət sayılırsa (hamı oğrusa, yalaqasa, hərşey olursa, mənim nəyim əskik ?)...nəyinsə gözəl olacağını gözləmək müasir nağıldır ki, indi cocuqlar belə inanmır, amma biz ÖZÜMÜZÜ ALDATMAĞA DAVAM EDİRİK.
Bir dəfə papağımızı (varsa) qabağımıza qoyub harada xəta etdiyimizi, bu yolun bizi məbədə aparmadığını, arzularımızın hüsranaya uğrayacağını bilə-bilə.....harda əxlaqı pozuq, zatıqırıq varsa, başdadı...
Vətənin başı sağolsun...olsun...bununla iş bitəcəkmi..həkim SN-dən, uşaq-müəllim TN-dən, yazıçı AYB-dən, didar camedən-məsçiddən soyumuşsa, üz çeviribsə, bir az bilgisi, insanca yaşamaq istəyənlərin beyin köçünün yerini beyinsizlərlə doldurmuşuqsa, ...burda kimsə yaxasını kənara çəkməsin, "BİR GÜNAH SƏNİNDİR, BİR GÜNAH MƏNİM" (M. Y..AQUB)...yola hansı daşları döşəmişik ki, yolumuz yaxşı olsun, hansı yaxşıya dəyər vermişik ki...bir şərqidə deyildiyi kimi
HAMI BİLİR Kİ, GƏMİ XARABDI
xarab ustalar düzəltmişdi..
hamı bilirdi ki, gəmi kapitanı da , matros da,
sərnişinlər də yalan danışır..
Yapon düşüncəsi, cavabdehliyi...gərəkir..
-Bir kəpənək qanadını qoparmısansa, okeanda tufan olacaq, unutma.