Elşən Əzim : - Olmağa

Gündəm, Ədəbiyyat 08:36 / 25.12.2024 Baxış sayı: 718

Ustad Məmməd Aslanın doğum günüdür. 2014- cü ilin dekabr ayında yazmışam bu şeiri. Zəng edib dedi ki, mənə həsr etdiyin şeiri İlham Məmmədliyə göndər. Doğrusu belə bir şeirim yox idi. Söz məni tutdu. Bu şeir o andaca yarandı.

 

Dedin ki, "Məmmədəm, Aslan deyiləm",

Söz belə yüksələr hikmət olmağa.

Bir uca misrana yetmək eşqinə,

Səhra da can atar cənnət olmağa.

 

Gəlməsən bulaqlar sıxar gözlərin,

Dağların yollara baxar gözləri.

Xumar nərgizinin axar gözləri-

Nazlı bir qoşmana qismət olmağa.

 

Bir ömür yaşadın yüz dastan oldun,

Bir doğru söylədin, yüz dostdan oldun.

Şeirin meydanında sən Aslan oldun,

Biz də tələsirik Məmməd olmağa.