"Ömrün səhifələri"

Gündəm 11:25 / 26.12.2024 Baxış sayı: 457

Goranboyda, "Ömürün səhifələri" adlı ədəbi-bədii tədbir keçirildi

Goranboy şəhər Mədəniyyət Evində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İmam Cəmillinin 70 illik yubileyinə və ədəbi-bədii yaradıcılığna həsr olunmuş "Ömürün səhifələri" adlı tədbir keçirildi.

Tədbirdə, RİH-i başçısının müavini Mirvari Ağamalıyeva, Azərbaycan yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, jurnalist, Şair, publisist İqbal İsmayılov, Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fazil Sənan, Azərbaycan yazıçılar Birliyinin üzvü, şairələr Səlmi Baxış, Şəfəq Vilayətqızı və digər qonaqlar, bir qrup rayon ziyalıları, mədəniyyət işçiləri və ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva və digər ziyalılar, İmam Cəmillinin ədəbi, bədii yaradıcılığı barədə geniş söhbətlər açdılar. Şairin “Biçilməmiş zəmin oldum”, “Haraylayır İstisuyum”, “Həsrətinə boylanıram”, “Kəlbəcər həsrəti”, “Ana fəryadını eşitmir dünya”, “Təbriz həsrəti”, “Daş altında məktub”, “Məndən sənə oğul olar ay Vətən”, “Yaddaşımın ağrıları” və s. şeir, nəsr və publisistik əsərlərindən ibarət olan kitablarında Azərbaycan Ədəbiyyatında özünəməxsus yaradıcılığı və bu sahədə təqdirəlayiq nailiyyətləri xüsusi ilə vurğulandı.

Tədbirdə, rayon Mədəniyyət Evinin incəsənət ustalarının ifasında musiqi proqramı nümayiş etdirildi.