Sarkisyanın "ATƏT-n Minsk qrupu fəaliyyətə başlasın" fikrinə Zaxarovadan layiqli CAVAB
Xəbər vermişdik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezidentləri Robert Koçaryana, Serj Sarkisyana və Levon Ter -Petrosyana çağırış edərək onlarla Qarabağla bağlı debat etmək istəyində olduğunu söyləmişdi.
Tərəflər razı olsaydı bazarertəsi görüş baş tuta bilərdi. Lakin görüş olmadı, çünki "sabiqlər" baş nazirlə görüşmək istəmədi. Xüsusən, Ermənistanın 3-cü prezidenti Xocalı qatili Serj Sarkisyanın açıqlaması birmənalı qarşılanmadı. S.Sarkisyan Paşinyanın dəvətinə cavab olaraq demişdi ki, indiki hökumət proses müzakirə etmək istəyirsə, o zaman biz həmsədr ölkələrin prezidentləri ilə müzakirə etməyi tövsiyə edirik: "Rusiya, ABŞ və Fransa 2009-2013-cü illərdə(Sarkisyan prezident olduğu dövr nəzərdə tutulur) onlar 5 dəfə danışıqların formatı və Dağlıq Qarabağ məsələsinin hansı prinsiplər əsasında həll edilməli olduğunu bəyan ediblər".
Yenises.az Adalet.az -a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ATƏT-in Minsk Qrupunun ləğv oluna biləcəyini bildirib və vurğulayıb ki, Azərbaycan və Ermənistan belə bir birgə təklif irəli sürərsə, ən yaxşı variant olacaq.
Zaxarova vurğulayıb ki, Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralından Rusiya tərəfi ilə təmasları dayandırıblar:"2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib. “Bu baxımdan optimal variant Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təklifidir”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü yekunlaşdırıb.