Şakir Xanhüseyn : - KÜY YARATMA

Ədəbiyyat 09:00 / 07.01.2025 Baxış sayı: 421

 

küy yaratma, bu sükutu rahat qoy,

əvvəlkindən betər olub indilər...

gözlərimdə sayrışanı görürsən;

bir acıdı, bir ağrıdı, bir qəhər.

 

ayağımın altında yer qaçardı,

bir gül bitmir yaxamda gör haçandı.

bu nədir ey üstümə qan çiləndi,

bir vaxt çatıb nə axşamdı, nə səhər.

 

baha ömür biçilibdi çox ucuz,

dərd bazarı açılıbdı: ucuzluq...

yeriməyə bir qarış yer gəzən hey,

zənn edirik səmalarda uçuruq...