Zaxarova Makronu ikiüzlükdə günahlandırdı

DÜNYA 11:11 / 07.01.2025 Baxış sayı: 465

Yenises.az  adalet.az-a  istinadla  bildirir ki, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən-yanvarın 6-da bəyan edib ki, "X" sosial şəbəkəsi ( keçmiş Twitter) "rəngli inqilabların" və "Ərəb baharı"nın həyata keçirilməsini təşkil edib və Fransa da həmişə onları dəstəkləyib. "İndi prezident Emanuel Makron nədənsə narazıdır və sosial şəbəkənin hazırki sahibi, amerikalı milyarder  İlon Maksı seçkilərə müdaxilə etməkdə günahlandırır".

 Xatırladırıq ki, Fransa prezidenti Yeliseyevski sarayında keçirilən yığıncaqda bəyan edib ki, İlon Maks guya "yeni internosianal reaksiyanı" dəstəkləyir və bir başa, məsələn Almaniyada keçiriləcək seçkilərə müdaxilə edir.

 "Həmin sosial şəbəkə Twitter adlanarkən bir başa seçkilərə müdaxilə edəndə,  həmin sosial şəbəkə vasitəsiylə "rəngli inqilablar" ,  "Ərəb baharı" layihələri vasitəsiylə bir çox ölkələrədə hakimiyyət çevrilişləri həyata keçiriləndə, rəsmi Paris həmişə onları  dəstəkləyirdi"-deyə Rusiya  XİN-nin sözçüsü bildirib.

 "İndi nə baş verdi ki, Makron belə həyəcanlanıb. Əslində "dünya nizamı Qərbin apardığı təbliğatın məcarasında  davam edir"deyə xanım diplomat əlavı edib.

 Zaxarova Makronun məsələyə ikili standarlar çərçivəsində yanaşmasından təəcübləndiyini və Fransa prezidentinin indi özlərinin qoyduqları "qaydalardan" şikayət etməsini anlamadığını dilə gərirub.