Ağaevli Əli Hacı : - İçimdən gələn sözlərim,
İçimdən gələn sözlərim,
Dilimin ucunda öldü !
Yüz dərdə bir sevinc tapdım,
Qollarım qucanda öldü !
Hər üzünü görə-görə,
Çox inandım sağa-sola !
Quma eşq verdim göyərə,
O,da dəymədi sağola... !
Bir rəngin çox rəngi olur,
Qırmızı al olur,gördüm !
Sarımtıllar,qaramtıllar
Sarı,qara ölür gördüm !
Getdiyim yolun içində,
Yük ağır idi çəkimdən !
Gördüm,yeməyə heç nə yox
Balı tutdum öz yükümdən !
İçimdən gələn sözlərim,
Dilimin ucunda öldü !
Yüz dərdə bir sevinc tapdım,
Qollarım qucanda öldü !