Kəramət : - "QIZIL GÜL OLAYDI."

YAZARLAR 08:45 / 07.01.2025 Baxış sayı: 527

 

Şəfqətli, Şəhvətli sevgi

Özünlə baş-başa qala bilmirsənsə, yalqıızlığınla yola getmirsənsə, kimsəylə bütünləşə bilməzsən.

Yəni özünə də vaxt ayırmalısan, " lap iki stul üz-üzə" (bir şeirimdəki kimi) özünlə üz-üzə..iki badə, ya bardaq dolu...söhbət elə özünlə, mən hərdən edirəm...hə bu yerdə Anarın Anar vaxtları yazdığı "Macal"ı var...obraz təqvimdəki bir yerə yazıb- "ÖZÜMLƏ GÖRÜŞ".

Möhtəşəmdir!

Adam özünə vaxt ayırmırsa, başqasına da vaxt ayıra bilməz, münasibətləri saxta olar, istifadəçiliydən qidalanar, səmimiyyət gəzmə belələrində.

Yalqızlığın nə olduğunu bilməyənlər, özüylə görüşdən qaçanlar "Yalnızlıq-yalqızlıq" haqqında götürülmə-köçürülmə tirajlayır, axı, hamının bir yalqızlığı olmaz, yeganə duyğudur bənzəməz digərinkinə. TƏKLİK bənzərdir, yalqızlıq yox.

SƏSSİZ, HAY-KÜYSÜZ, PAFOSDAN-RİTORİKADAN UZAQ SEVGİLƏRİ SEVİRƏM.

Kədər kütləviləşə bilər, Dərd isə fərdidir.

İcma-qəbilə-tayfa-çoxluqdan qurtulub insanlıq, yəni müəyyən birlikdəlik formasiyalarını adlayıb fərdləşib, hələ yalqızlaşıb da indilər. Biz, nə yazıq ki, fərdləşə bilməmişik, hələ də qəbilə-tayfa mağara təfəkküründəyik...fərdlərin , müstəqil adam-düşüncənin birliyi toplumu çox irəli daşıyan amildir...

Ölüm və ad günündə xatırlamaq XATİRƏ deyi, texniki-rəsmi məsələdir. Şaxsey-vaxsey gedirdilər M. Müşfiqi anıban, mütləq çoxluq da elə qətlə fərman verən güruh varisləridir:

Əgər bu gün bir istedadlı Birinə sanksiya uyğulayırsansa, ədəbi ədaləti ayaqlar altına almısansa, nə fərqin var? təkcə illər dəyişib, o da şərti məsələdir.

Bilmirəm...amma onu bilirəm ki, H.Cavidin, M.Hadinin, M. Müşfiqin...lap Ə.Kərimin, M. Arazın , VƏ BAŞQALARI (M. Yaqub demişkən) adı gələndə günahkar kimi oluram, xəcalət çəkirəm.

Bayaq bir dostumuzun paylaşımına yazmışdım ki, O-nu təkcə rejim məhv etmədi, eyni zamanda şair "dostları" qətl etdi, eynən o birilər kimi, çünki, O, fərqliydi, daha istedadlıydı, novatordu...(poemalarında bu cəhət daha aydın görünür)....bəs bu gün?

Kompaniyaçılıqla məsələ həllini tapmır, ədəbiyyat yalqız qalmalı, özüylə üzləşməkdən qorxmamalıdır, əks təqdirdə bu və ya digər şəkildə davam edəcək...

Bu anlamda R. Rzanın birnəfəsə oxunan ""QIZIL GÜL OLMAYAYDI" ETİRAF-POEMASI zamanın ruhunu, təlatümünü, əlacsızlığı əks etdirməklə ədəbiyyat tarixi baxımından çox əhəmiyyətlidir.

Özüylə üzləşməyən insan insan yetgin deyil. Və iki cür sevgi var:

-Şəhvətlə

SEVMƏK

-Şəfqətlə

BU iki NÜANS İNSANIN-TOPLUMUN xarakterini müəyyənləşdirir. Həyata, insana "mənim" və ya "mənə bənzər" sevgilər şəhvani və sevdiyini kimlikdən-özündən çıxarıb özünəuyğun əməliyyata məruz qoymaqdır və icma-qəbilə-tayfa-mağara yanaşmasıdır. Özü fərdləşməyən-yalqızlaşmayan başqasına da fərd kimi yanaşa bilməz.

Şəfqətlə sevmək..olduğu kimi sevmək, özəlləşdirməmək, hamıya oxşatmağa çalışmamaqdır.

Bir şərqidə deyildiyi kimi..HƏP BÖYLƏ QAL ..

Pozitiv sonluqla bitirək...davam etsək..havada virus, yolda o qədər daş var ki..