Təranə Məmməd : - Bu başqa payızdır...

Ədəbiyyat 16:15 / 28.11.2024 Baxış sayı: 1447

 

Bu başqa payızdır

Yarpaqlar solur, tökülür,

Düzlərdə payız görünür.

Gəlişi ellərə işvədir, nazdır,

 

Ömrün payızına qoşulub gəlir,

Xəbərsiz-ətərsiz, qəfildən gəlir.

Qızıl payız fəsli Tanrı payıdır,

Bu başqa payızdır...

 

Sevgi nəğməsiylə gözəldir ömür,

Bahar yaşayanlar payızı

görmür.

Nə qədər vəsv etsəm yenə də azdır,

Bu başqa payızdır...

Ruhları oxşayır payız axşamı,

Qəlblərdə odlanır məhəbbət şamı.

Dörd yanı xəzəlli eşq adasıdır,

Bu başqa payızdır...

 

Hər insan ömründə neçə payız var,

Yaman tez-tez ötür illər, payızlar.

Bəlkə də ömrümün son payızıdır,

Bu başqa payızdır...