SÜDABƏ SƏRVİ- DƏNİZ VƏ MƏN...

Ədəbiyyat 11:08 / 26.03.2026 Baxış sayı: 477

 

Dənizə baxıram, dəniz nə sakit

Sanki bürünübdü göz yaşlarına

Təbiət elə bil ütü çəkibdi

Dənizin lacivərd qırışlarına

Üfüq tül pərdəni çəkir üzünə

Nəhəng bir beşiyə bənzəyir dəniz

Bəlkə layla çalır özü özünə

Görən pışıldayıb nə deyir dəniz?

Bu anda unudub bütün dünyanı

Düzürəm sözləri fikir sapına

Dəniz də mənim tək yorulub bu gün

Göz yumub dünyanın hər əzabına...

(2007-ci il)