Ağaevli Əli Hacı- Bir az isti gətirmədin

Ədəbiyyat 12:32 / 26.03.2026 Baxış sayı: 440

Bir az isti gətirmədin

uçub getdi durnalarda !

Soyuğluğun yemi oldum,

ömür bezdi sonralardan !

 

Düz qabarıb dağa döndü,

yollarımda geydi ağdan !

Gündüzlərim gecələyib

suyun içdi qaranlıqdan !

 

Gəlmədin qoy,sonu gəlsin

sıxdım gülləni günümə !

Məndən sonra ahı çəkib

göy üzünü güllələmə !