Sevil Azadqızı - KİMSƏ YOX...
Bir sükutdu, bir də mən...
Bir də, bir də
canımdakı ağrılar.
Gedənim çoxdan gedib,
Nə də bir gələnim var.
Ruhum elə yaralı,
İçimdə qışqırıram,
Səsim kimsəyə çatmır.
İşığı söndürmüşəm,
Güzgüdə də özümü
Bir də görməyim deyə,
Güzgülərdən qorxuram...
Ruhumun ağrısından,
Mələklər də diksinir...
Divar gəlir üstumə.
Kimə deyim, bilmirəm,
Bu əzabı, bu dərdi?
Məni görüb qaçmasın...
Bu qaranlıq otaqda,
Xərçənglə əlbəyaxa,
Fikirlər düyünləşib,
Sabaha da ümid yox.
Bir də...
Yuxusuz gecələrim,
Ruhumu sızıldadır.
Kimə deyim, bilmirəm,
Bu əzabı, bu dərdi?
Məni görüb qaçmasın...