Əlirza HƏSRƏT- XÖŞCA QALSIN
Yağışım da sən,dolum da,
Bir az daldalan qolumda.
Ayaq izlərin yolumda,-
Qoy torpaqca,daşca qalsın.
Gülür üzümüzə dan da,
Cilvələnir dağ dumanda.
Dəni sovulmuş xırmanda,
Kimsə yox ki quşca qalsın.
Yandı eşqin gur işığı,
Çağır gəlsin yar,aşığı.
Ahımızın yaraşığı,
Xatirələr xoşca qalsın.