Səbinə Xosiyeva. - Yaxşımı?..
Ədəbiyyat
10:00 / 04.09.2025
Baxış sayı: 2493
Gecə-gündüz kirimir ki ruhumdakı ağrılar ,
Taleyimdə bilirsənmi neçə qanlı sarğı var ,
Bu adamın iztirabdan alovlanan bağrı var!
Odlanarsan qurban olum, uzaqda dur yaxşımı?
Qış yaraşmır, buz yaraşmır gül çiçəkli taxtına ,
İstəmirəm zərrə qədər kölgə düşə baxtına ,
Heyif düşdün taleyimin ən nataraz vaxtına,
Nəfəs kəsən zülmətimə get, olma nur yaxşımı?