SÜLEYMAN ABDULLA.- QAYLDIŞ ŞEİRİ

Ədəbiyyat 11:55 / 14.04.2026 Baxış sayı: 256

 

Səni tərk eləməyin özü bir günah idi,

Hara qaçsam da vardı üstünə qayıtdığım.

Onda küsüb çəkdiyim bir sinəlik ah idi,

İndi soyuq məzardı üstünə qayıtdığım.

 

Ömür dediyin yoldu sağa-sola çapdığım,

Bəzən səhvdə inadım, bəzən düzdə sapdığım,

Əvvəl-axır oldu bax qəlb ağrısı tapdığım,

Bir təklik xofu sardı üstünə qayıtdığım.

 

Bir az həsrətdir varım, bir az da ağrıyan can,

Oyurdu sol sinəmi son anda susan fəğan.

Solğun xatirələrdi gətirdiyim ərməğan,

Bir az da intizardı üstünə qayıtdÇəkdi,

Ürəyi dolu gəldim, yolum yağışa düşdü,

İki damla göz yaşı buz kimi daşa düşdü...

Dünyanı dolanıb da dönüşüm qışa düşdü,

Saçlarımdakı qardı üstünə qayıtdığım...