Şakir Xanhüseyn : -  QANADIN VARSA DA...

Ədəbiyyat 08:00 / 06.01.2025 Baxış sayı: 548

 

Qanadın varsa da, uça bilməzsən,

o qanad çiynində bir əl isə, hə,

Ruhunu bir anda qanadlandırıb

səmalar qoynuna ötürənsə, hə,

 

O qanad birinin qayğısıdısa,

sevgisi, ilgisi, sayğısıdısa,

Dərin dərələrdən keçirəcəkdir,

səni ucalara uçuracaqdır.

 

Yaxşılıq üzünə bir gülməkdisə,

yaxşı bir işinə sevinməkdisə,

Kimsə ürəyinə ümid əkdisə,

qanadın çıxacaq, çıxacaq sənin.

 

Gücünə güc qatan öz səsindisə,

gözəl bir söz sözün, səs səsindisə,

Bax, o bir cüt qolun qanad olacaq,

inan, ayaqların qanad olacaq,

uçmaq istədikcə uçacaqsan sən!