Şakir Xanhüseyn - MƏLƏKLİ şeir
hər adamın başı üstdə,
bir mələk dayanır,
bir mələk dolanır
dörd dövrəmizdə!
elə
bir mələyin olmalı, hə,
çiyninə qonmalı-
səmadan enməli səninçün yerə!
oturasan, durasan
yanında görünə o mələk,
ürək-dirək ola sənə,
güc verə,
səni qanadlandıra,
göylərə uçura, göylərə!
var,
bu dünyada da mələklər var,
heç girməz dondan-dona;
istəyirsən qadınım de ona,
anam söylə,
ya bacım, qızım;
bir mələklə əl-ələ, yan-yanasan
həmişə, inan!