Ağamir Cavad  - QƏZƏL

Ədəbiyyat 21:32 / 11.04.2026 Baxış sayı: 197

 

Min illərdir oyanmır bu cahan haqqın sədasından.

Yetər artıq cana doyduq bu dünyanın ədasından.

 

Vətən eşqim müqəddəsdir, könül bu anda sadiqdir,

Çəkib dərman gülab eylər saf eşqin tutiyasından.

 

Bu sevda dərdinin, ya rəb, özün qıl çarəsin, gülsün,

Duyuq düşmən susub keçməz, qorunmasaq xətasından.

 

Nə çox səbrin var, ey tanrım, yaratdığın nizam getmiş,

Saf insanlar soraq gözlər yerin, göyün nidasından.

 

Verər dağlar səda hər dərdə , qəlbimdə min ağrım var,

Məhəbbət bir dözüm vermiş, ürək dönməz fədasından.

 

Nə müddətdir cahan şeytan əlində bir oyuncaqdır,

Ayıl, könlüm, nə gözlərsən bu dünyanın gədasından?

 

Ağamir, haqq üzün nurdur, səni eşqin xilas eylər

Ədalətdən kənar düşmüş zamanın qan-qadasından.