Fərhad Tapdıqoğlu - "Alandan satanı çoxdur"
...İlahi ,nə qədər satan var...
Alandan çox satanlar var...
Var mer-meyvə,tərəvəz satanlar...var ərzaq malları satanlar...var sənaye malları satanlar...var qarışıq mallar satanlar...var maşın satanlar və sairə satanlar...
Var mənliyini satanlar...vicdanını satanlar...namus- qeyrətini satanlar...bədənini satanlar ...şərəfini satanlar...torpaq satanlar...Vətənini satanlar...
Bir də var xəbər çatdırıb "adam satanlar"...
Var Vətənimizin sərvətini talayanlar ,satanlar...
Var vəzifə "satanlar"...
Satanlar...satanlar...
Bu satanlar qazanc güdürlər...az,yaxud bir az çox pul qazanırlar...
Xatırladım...
Dədə Əşrəfin ( Əşrəf Veysəlli ) Məmməd Arazın "Dünya düzəlmir ki,düzəlmir baba" şeirinə yazdığı nəzirədə belə misralar var:
"Bazarda alandan satanı çoxdur,
Dayı kölgəsində yatanı çoxdur.
Hələ aralığı qatanı çoxdur.
Ərzin aqilindən nadanı çoxdur.
Onunçün bu dünya düzəlmir ,baba
"Dünya düzəlmir ki,düzəlmir, baba"...
Həə,bir də var boş -boşuna gəzənlər,veyillənənlər...günü günə,ayı aya,ili ilə satanlar...
Onlar heç nə qazanmırlar...itirirlər günü,ayı ,ili itirirlər...
...Həə,söz satanlar da var...