Əlizadə   Nuri -  Sənə gələn cığırdım

Ədəbiyyat 20:20 / 10.04.2026 Baxış sayı: 293

 

Adını çəkdim bu gün,

Dilim isindi, qadın.

Toxundum bir şəklinə

Şəklin diksindi, qadın.

 

Sənə gələn cığırdım,

Qəmə dəydim, yıxıldım.

Yenə səni çağırdım

Ayrılıq dindi, qadın.

 

Solan gülə can verin,

Boğuldum, eyvan verin.

Harda gəlib can verim-

Hardasan indi, qadın?..