Əşrəf Veysəlli - SINDIRIR

Ədəbiyyat 09:00 / 11.04.2026 Baxış sayı: 598

 

Zəmanə çarmıxa çəkir insanı,

Yoxdusa əlində maya sındırır.

Dolu cibimizin boş vədəsində

Dost da dəvət edir toya,- sındırır.

 

Oturub baxıram gözü tox kimi,

Qəlbi ölü kimi, ruhu yox kimi.

Bir qız gah oynayır, süzür ox kimi,

Gah dönür dartəlmış yaya,- sındırır.

 

Çıxmışam zamandan, vaxtdan,- ölmüşəm,

Yixılıb bir yaşıl yaxtdsn,- ölmüşəm.

Mən ölmüş onsuz da çoxdan ölmüşəm,

Bu qız heç salmır da saya,- sındırır.

 

Şahmatım içimdə, nərdim içimdə ,

Min bir oyun gedir gördüm içimdə.

Bir saray ucaldır dərdim içimdə,

Ehtiyac belimdə paya sındırır.

 

Nə çoxdur dünyada baş sınıranlar,

Olmaya adamı kaş sındıranlar…

Dünən öz başında daş sındıranlar

Bu gün başımızda qaya sındırır.

1967 - ci il.