Gözəlliyə can atan qız -  Xaliq Rehimli

Ədəbiyyat 16:39 / 11.04.2026 Baxış sayı: 383

Gözəlliyə can atan qız

Yaranana gülmək olmur

Bir dəfə gəlmisənsə sən

Gedib bir də gəlmək olmur

 

Özünü oxşatmaq üçün

Mələkləri soraqladın,

Baxıram gör nə qədərdı

Güzgülərin ,daraqların

 

Bahalı sürmələr səni

Bircə günlük gözəl eylər

Gözün özündə yoxdursa

O qələmlər gözə neylər?

Qəlbində sevda cücərsə

Onda deyərəm ki, əhsən

Sevgin üzünə çıxanda

Daha gözəl görünərsən

Göz qaşı özün bilərsən

Çalış üzü ağ olasan,

Çox gözəl olmaq xətadı

Xətadan uzaq olasan...