Şakir Xanhüseyn :- İKİ dünya bir olmadı,
***
İKİ dünya bir olmadı,
İKİ iş var: bir get, bir gəl...
hər dəfə gözlərin doldu;
boşluqlara uzatdın əl...
İKİ yolun var önündə,
tək başına sırayla get...
İKİ gündən birini seç,
ya ağla, ya qarayla get
İKİ gözdən biriylə gör,
İKİ birdən İKİ olmur...
hər tapdığın aradığın,
çəkdiklərin çəkin olmur...
İKİ verib bir alırsan,
İKİ dağa bax, birdilər...
ariflər İkini deyil,
elə Biri çox bildilər...