Aida Adıgözəl : - De ki...
Gördün darıxırsan, məni xatırla,
aç bax səndə qalan xatirələrə.
Çəpəki süzməmi, iynə sözləri
de ki, - unutmaram, gülüşün haqqı.
And iç ayaqlarım dəyən yollara,
de ki, - yığmayacam gözümü yoldan.
And olsun yollarda qalan şəklinə,
ta ki gələnəcən, gəlişin haqqı.
De ki, - tanıyacam addım səsindən,
ürəyim çıxacaq tappıltısına.
Pillələr öpəcək ayaq izindən,
and olsun, and olsun yerişin haqqı.
De ki, - hələ nəmdi öpdüyüm yerlər,
de ki, - soyumayıb canımdan istin.
De ki, - yastığmda telim qalıbmış,
dodağımda qalan öpüşün haqqı...