Ehtiram İlham : - Yüzü birinə dəymədi,

Ədəbiyyat 20:20 / 21.12.2024 Baxış sayı: 242

Canı o cana can deyir,

Gözləri heyran gözünə.

Yüzü birinə dəymədi,

Biri yetmədi yüzünə.

 

Hər sevincə sinə gərdi,

Hər nəyi var, onda gördü.

Sevdasını əvəz verdi

Sevdaların əvəzinə.

 

Ehtiram kəsib sözünü,

Daşlara çırpdı dizini.

Təslim elədi özünü

Zalım fələyin özünə.

21.12.24.