Lilpar Cəmşidqızı  - Sevirsən 

Ədəbiyyat 09:05 / 22.12.2024 Baxış sayı: 213

 

Ey dil, yenə şükr eyləyirəm, Yarı sevirsən,

Aləmdə olan sərvəti, həm varı sevirsən.

 

Fəryad eləyən bülbülü görmür gözün, ey gül,

Qan tökdü çəmənzarə gəlib, xarı sevirsən.

 

Eşqin alovundan güc alır, Yerdə həyatım,

Yandırsada, onsuz görürəm, narı sevirsən.

 

Hər gün bu kiçik qəlbimə min ağrını yığdın,

Aldanma təbəssümlərə qəmxarı sevirsən.

 

Bir sevgi-məhəbbətlə qidalandı xəyalım,

Hər dəm deyirəm ruhuma, dildarı sevirsən.

 

Allahü Məhəmməd deyə köksümdə döyündün,

Ey dil, yaranandan belə simsarı sevirsən.

 

YaRəbb, üzünüm qəmzəsi sənsiz gülə bilməz,

Yəqin bilirəm, Sən də bu Lilparı sevirsən.