Kəramət : - Kamera-BÖYÜK GÖZ altında
...Bizim gecəqondu qonşularının hamısında göz-kamera var; Mənimlə qonşumuz Osenyadan başqa(qeyri-milli bu qonşumuzun milliyyətini araşdıran qonşular hələ də dəqiq qərara gələ bilməyiblər ki, rusmu, xaxolmu, ya nə?).
Nəyə lazımdır bu kamera? Nə bilim, özləri bilər. Çoxbilmiş qız dostum bizə gələndə görünən və görünməyən kameraların olduğunu vurğuladı, onsuz da hər yolayrıcında kamera var da...nəyə lazımdr, nə isə.
Bu dostum dedi ki, kimi istəyirsən..telefon nömrəsini bilirsənsə, onn hər addımına nəzarət edə bilərsən?
_-Nəyimə lazımdır, heç özüm-özümə nəzarət etmirəm. Yox e..bular təhlükəsizlik orqanlarında çalışırlar?
_-Yox, elə-belə proqramdı..hara getdin, hardan gəldin və sairə.
.......
Əlqərəz ən bezdirici söhbət oldu, dostum getdi, fikir məni apardı; "Görəsən məni də izləyirlər?"
Sonra .._-Nəyimi izləyəcəklər e..fikrim açıq, əməlimi də heç gizləmirəm-öz-özümə deyibən bu cansıxıcılıqdan da qurtardım..