Rüstəm BEHRUDİ : - QARDİYAN

Ədəbiyyat 08:57 / 10.11.2024 Baxış sayı: 1066

Toy umurduq, yas verdi,

Nə verdisə nəhs verdi,

Biz tarixə dərs verdik,

44 günün içində...

Üstümüzdəki 30 illik namus ləkəsini 44 gün ərzində tarixə gömən ,əfsanələşən, heykəlləşən Azərbaycan əsgəri və bu əsgərin ali baş komandanı İlham Əliyev

Tanrının və tarixin heç kimə tanımadığı bir görəvi qəhrəmancasına yerinə yetirdiyi zəfərin 4-cü ildönümündə xalqımızı təbrik edirəm!

Bütün şəhidlərimizin Tanrı dağındakı ruhuna salam olsun!

 

Ey, qardiyan,

Bu gün zəfər günü...

Bilirəm gücün çatar,

Heç olmasa bu gün

Bütün kameraların

Qapısını açıq saxla.

Və günahsız məhbusları

Bir-bir qucaqla.

Axı onlar

Hansısa bir şəhidin

Qardaşı, bacısıdı.

Yaxşı bax , qardiyan,

Bu balaca hücrələr,

Zəfərə düşən kölgədi,

O balaca hücrədə,

Gözü yol çəkən

Günahsız bir qızcığazın

Görünməyən acısıdı...

Bu günün xətrinə

Bu gün kameraların qapısını

Açıq saxla ,

Açıq saxla, qardiyan!