Ramiz Qusarçaylı - Dərdimi yığdım ovcuma
Dərdimi yığdım ovcuma
Məhsim üçün
Dərdimi yığdım ovcuma
göyərər novruza, anam.
Toy payıza çəkən kimi
ölüm çəkir yaza, anam.
Dünya məni yaman sıxıb.
dərd-dərd əkib,
qəm-qəm yığıb,
ölümün də şiti çıxıb
qoyan yoxdu duza, anam.
Ağarmadı bu dağ-duman,
göz yaşım şeh gül ağrıma…
Ölsəm, üstümdə ağlama
qoy özünü naza, anam.
Bu ürəknən, bu başınan,
gün-gün özümdən daşınnam.
Adımı da baş daşımdan
sildim…
Yaza-yaza anam…