Ayaz  Arabaçı : -  Rasim Balayevin xatirəsinə..

YAZARLAR 06:39 / 03.04.2026 Baxış sayı: 565

 

Yaşadığı ömrü sənətə çevirmişdi Rasim Balayev. Onun simasında dərin bir tarix əks olunmuşdu, gözlərində qəribə bir yorğunluq vardı və bu yorğunluq yaşadıqlarını içində daşımağın yorğunluğuydu.Biz ondan çox şey umsaq da bizə bir təsəlli buraxdı, ən azından sənətdə özünü həqiqətə təslim etmişdi.

Hər dəfə onun çəkildiyi filmlərə baxanda sanmışam ki, mənim hisslərimi oynayır.

Zaman keçir…

Səhnələr dəyişir, üzlər dəyişir, səslər dəyişir.

Amma bəzi baxışlar, səslər var ki, yaddaşımızdan silinmir.

Rasim Balayevin baxışları da elədir, bir dəfə baxırsan,

sonra ömür boyu qalır.

Sənət elə bir şeydir ki,

insanı ölümdən sonra da yaşadır.

Rasim Balayev bir dövrün nəfəsi idi..

Getmədi.

Sadəcə səhnəni dəyişdi..